İnaquruasiyanın harada keçirilcəyinə hələ qərar verilməyib - Salome Zurabişvili

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili deyir ki, 16 dekabrda planlaşdırılan inaquruasiyanın harada baş tutacağına hələ qərar verilməyib.


“Heç bir qərar qəbul edilməyib. Müxtəlif variantlar müzakirə olunur. Tbilisidə də bir neçə yer var. Hələ ki, müzakirə edirik və dəqiq biləndə deyəcəm”- deyib Salome Zurabişvili jurnalistlərə.

İPN agentliyi bu gün məlumat yayımlayıb və ona əsasən qeyd olunur ki, Salome Zurabişvilinin inaquruasiyası Tbilisidə keçirilməyə də bilər.

Salome Zurabişvili prezidentin Avlabaridə yerləşən iqamətgahında Giorgi Marqvelaşvili ilə bu gün görüşə gedib. Onunla birgə administrasiyanın gələcək rəhbəri Laşa Jvaniya da gedib. O, hələ ki, patriarxlıq fondunun rəhbəridir.

Zurabişvili deyir ki, prezidentin Avlabari iqamətgahında çalışmağı planlaşdırmır və onun iqamətgahı Atoneli küçsəində, kiçik ölçülü iqamətgahda yerləşəcək.

Avlabari iqamətgahından çıxmamaq Bidzina İvanişvilinin Giorgi Marqvelaşvili ilə mübahisə etdiyi məsələlərdən biri idi.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google