Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili deyir
ki, 16 dekabrda planlaşdırılan inaquruasiyanın harada baş
tutacağına hələ qərar verilməyib.
“Heç bir qərar qəbul edilməyib. Müxtəlif variantlar müzakirə
olunur. Tbilisidə də bir neçə yer var. Hələ ki, müzakirə edirik və
dəqiq biləndə deyəcəm”- deyib Salome Zurabişvili jurnalistlərə.
İPN agentliyi bu gün məlumat yayımlayıb və ona əsasən qeyd olunur
ki, Salome Zurabişvilinin inaquruasiyası Tbilisidə keçirilməyə də
bilər.
Salome Zurabişvili prezidentin Avlabaridə yerləşən iqamətgahında
Giorgi Marqvelaşvili ilə bu gün görüşə gedib. Onunla birgə
administrasiyanın gələcək rəhbəri Laşa Jvaniya da gedib. O, hələ
ki, patriarxlıq fondunun rəhbəridir.
Zurabişvili deyir ki, prezidentin Avlabari iqamətgahında çalışmağı
planlaşdırmır və onun iqamətgahı Atoneli küçsəində, kiçik ölçülü
iqamətgahda yerləşəcək.
Avlabari iqamətgahından çıxmamaq Bidzina İvanişvilinin Giorgi
Marqvelaşvili ilə mübahisə etdiyi məsələlərdən biri idi.