4 dekabr üçün ulduz falı
Qoç - qalib gəlməyə, lider mövqelər tutmağa çalışın. Günün ilk yarısında münaqişəli vəziyyətlərdən çıxış yolu tapın, mübahisələrə son qoyun. Sizi maraqlandıran sahələrdə yeni istiqamətlərin tədqiqatı üçün əlverişli zamandır.
Buğa - günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz.

Əkizlər - ətrafınızda baş verən hadisələrə laqeyd qalmayın. Soyuqqanlı olsanız, istənilən münaqişəli situasiyadan itkilər vermədən çıxa bilərsiniz. Yanınızdakı insanlarla qayğıkeşliklə davranın.

Xərçəng - günün ilk yarısında başqasının əvəzinə çalışmayın, kimisə əvəzləməyə can atmayın. Sizə gərəkli olmayan, mənasız işlərə çox vaxt sərf etməyin. Yaşam tempi rəvan olmadığından planlarda ciddi dəyişikliklər ola bilər.

Şir - inadkarlıq və maraqların aqressiv qorunması münaqişəli situasiyalar yarada bilər. Önəm verdiyiniz insanlarla münasibətləri qorumaq üçün başqalarının dediklərinə qulaq asın. Yaxın ətrafınızdakı insanlarla diqqətli davranın.

Qız - mübahisələrin çözülməsi və münaqişələrə son qoymaq üçün ağılla, sayıqlıqla davranın. Vəziyyəti dəyişmək üçün süni təkanlardan istifadə etməyin. Olayların məcrasını müdaxilələrlə dəyişmək fikriniz varsa, pərişan qala bilərsiniz.

Tərəzi - mövqeyinizi nəyin bahasına olursa-olsun sübut etməyə çalışmaq əvəzinə münaqişəli situasiya yaratmayın. İşdə kiminsə süstlüyü və ya pis çalışması proseslərə maneələr yaradırsa, bu barədə açıq danışın. Əks təqdirdə opponentlərinizin mövqeləri daha da güclənəcək.

Əqrəb - yaxşı tanımadığınız insanlarla kəskin mübahisəyə başlamayın. Alışmadığınız şəraitdə fikrinizi açıq izhar etməyə tələsməyin. Atacağınız addımı və ya verəcəyiniz qərarı ilk-əvvəl rasional təhlilə uğradın. Uzunmüddətli səfərə çıxmayın.

Oxatan - işdə həmkarlarınızla normal münasibətlərə nail olun. Qərarlarınızda azad olun, sərbəst davranın. Yaxın ətrafınızdakı insanların fərdi məziyyətlərinə fikir verin. Pozitiv olun.

Oğlaq - opponentləriniz kölgədən çıxacaqlar. Köhnə mübahisə və ya münaqişə yenidən alovlana bilər. Münasibətlərin aydınlaşdırılması üçün əlverişli zaman deyil.

Dolça - bu gün qəbul etdiyiniz qərarlar nə qədər sadə və anlamlı olarsa, o qədər yaxşıdır. Əlverişsiz situasiya sizi təbdən çıxarmasın. Stress zamanı səbrli davranmaq çətin olsa da, emosiyaların burulğanına düşməyin. Ehtiyatlı olun.

Balıqlar - mübahisə etməyin. Yeni tanışlarla ünsiyyət üçün münasib zaman deyil. Yaxın ətrafınızda haqqınızda şayiələr və dedi-qodu yayanlar az deyil. Bu adamı faş edin.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google