Yeni prezident administrasiyasının maliyyəsi demək olar ki, 4 milyon lari dəyərində azalır, Prezidentin Ehtiyat Fondu isə tamamilə ləğv olunur
Gürcüstanın yeni prezident administrasiyasının maliyyəsi demək olar ki, 4 milyon lari dəyərində azalır, Prezidentin Ehtiyat Fondu isə tamamilə ləğv olunur. Parlamentə daxil olmuş 2019-cu ilin büdcə layihəsinin yekun variantına əsasən, prezident administrasiyasının maliyyələşdirilməsi üçün 6 milyon lari nəzərdə tutulub.

Büdcə layihəsinin ilkin varinatına əsasən, prezident administrasiyasının büdcə maliyyəsi dəyişmirdi və o, 2018-ci ildəki kimi 2019-cu ildə də 9
800 000 lari dəyərində müəyyən edilmişdi.

Belə ki, büdcə layihəsinin yekun variantına əsasən, güman ki, Prezidentin Ehtiyat Fondu da ləğv olunur. Çünki orada indi sıfır lari qeydə alınıb.

Məlumat üçün büdcə layihəsinin ilkin variantı ilə Prezidentin Ehtiyat Fondunun həcmi 5 milyon lari nəzərdə tutulmuşdu. Prezidentin Ehtiyat Fondu 2018-ci ildə də 5 milyon larini təşkil edib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google