DİN müsabiqə yolu ilə 365 ictimai asayiş polisi seçib
DİN müsabiqə yolu ilə 365 ictimai asayiş polisi seçib. İctimai asayiş polislərini müəssisənin rəhbəri Giorgi Qaxariya təqdim edib.

“Bu gün hər birimiz üçün çox əhəmiyyətli gündür. Xatırladım ki, DİN-də artıq bir ildir ki, sistematik yeniləmə reforması gedir və siz bu reformanın həyata keçirilməsində ilk real praktiki addımsınız. Sizin funksiyanız olduqca vacibdir – hər bir vətəndaşın qayğısına qalmaq. Xatırladım ki, DİN-in sistematik yenilənmə reformasının ən vacib komponenti isə onun məntəqə, istintaq və operativ istiqamətdə xüsusiləşdirilməsidir. Sizin ilk addımınız polis və vətəndaşlar arasında etibar körpüsünü bərpa etməkdir. Sizin ən böyük məqsədiniz – bizim vətəndaşların qayğısına qalmaq, ən böyük missiyanız isə - prevensiyadır ki, cinayətləri aradan qaldıraq” - bildirib Qaxariya.

Onun sözlərinə görə, məhs bu layiqli funksiya olduqca səmərəli şəkildə yeirnə yetirilməlidir və bizim ölkədə sakit və təhlükəsiz mühit bundan asılı olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google