6 dekabr üçün ulduz falı
Qoç
- əlverişli gündür. Ünsiyyətdə fayda var. Qeyri-rəsmi və işgüzar
müzakirələr faydalı olacaq. Yaxın ətrafınızdakı insanları
anlayacaq, onların gizli istəklərindən xəbər tutacaqsınız.Müşahidə
qabiliyyətiniz sayəsində yaxın ətrafınızdakı insanlardan birinin
sirlərini istəmədən faş edəcəksiniz.
Buğa - adi günlərdən fərqli olaraq, işlər çoxdur. Tənbəllik
etməyin, çalışın. Yorğun düşsəniz də, məqsədə doğru irəliləməkdən
vaz keçməyin. Yaşam potensialınız yüksəkdir.
Əkizlər - günün ilk yarısında bir çox işlər yaxşı alınacaq. uğurlu
dövrdən yararlanın. Ciddi işləri və mühüm görüşləri sonraya
ertələmək pis ideyadır. Vaxt ötdükcə mənfi təmayüllərin təsiri
güclənəcək. Çətinliklərlə qarşılaşa bilərsiniz.
Xərçəng - hər şey qarışıb, laübəli, mürəkkəbdir. Çətin situasiyanın
öhdəsindən təkbaşına gəlməli olacaqsınız. Mühüm qərarlar
verməlisiniz. Geri çəkilməyin, ruhdan düşməyin. Ən çətin anlarda
iradəldi və qətiyyətli davranın.
Şir - günün ilk yarısı çətin və mürəkkəbdir. Emosiyalarınıza
nəzarət edin. Ağır işin öhdəsindən gəlmək üçün bütün bilik və
bacarıqlarınızdan bəhrələnin.
Qız - mühüm işiniz və ya böyük planınız varsa, aktiv olun. Heç nəyi
təxirə salmayın. İşə nə qədər tez başlasanız, fəaliyyətinizin
sonucu bir o qədər yaxşı olacaq. Lakin vaxt keçdikcə mənfi
təmayüllərin təsiri güclənəcək.
Tərəzi - təkbaşına fəaliyyətlə yanaşı, həmfikirlərlə birgə iş üçün
əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə bir daha baxın,
hədəfləri təftiş edin. Uzun müddətdən bəri sizi narahat edən
problemi çözə bilərsiniz.
Əqrəb - izafi diqqət cəlb etməməyə çalışın. Nə ilə məşğul
olduğunuzdan ətrafınızdakı insanlar gec xəbər tutsalar yaxşıdır.
Uğurlarınız və nailiyyətləriz barədə çox danışmayın. Fikirlərinə və
mövqeyinə önəm verdiyniz insana hesabat verməyə tələsməyin.
Oxatan - kiçik anlaşılmazlıqlar olacaq. Amma ümumilikdə günün
məcrası yaxşıdır. Ən mühüm olan budur ki, özünüzün öhdəsindən gələ
biləcəyiniz iş üçün başqalarından yardım istəməyin. Ümumiyyətlə, bu
gün işlərinizdə və qərarlarınızda başqalarından nə qədər az asılı
olsanız, bir o qədər yaxşıdır.
Oğlaq - heç də ən məhsuldar gün olmasa da, vaxtınız şən keçəcək.
Heyrət yarada biləcək təsadüf mümkündür. Maraqlı insanla tanış
olmaq şansı yaranacaq. Romantik hisslər də ola bilər.
Dolça - itkilər, anlaşılmazlıqlar və mənfi təmayüllü hadisələr
istisna deyil. Lakin bu, günün pis olacağından xəbər vermir.
Əksinə, şadisələrin çox gözlənilməz və qəribə məcrası sayəsində
indiyədək arzuladığınız nəsnəni əldə etmək şansınız yaranacaq.
Fəqət, bunun üçün qətiyyətli və əzmli davranmalısınız.
Balıqlar - ziddiyyətli, qarışıq və narahat gündür. Fikrinizi
cəmləməyə çətinlik çəkirsiniz. Nəyisə unutmağınız, hansısa önəmli
məqamın diqqətinizdən yayınması istisna deyil. Kiçik problemlər
əhvalınızı pozacaq. Uğurun bir addımlığında olanda ruhdan
düşməyin.