Marneulidə yeni il neçəyə başa gəlir
17:18 / 12.12.2018
Marneuli
küçələrinin bəzədilməsinə hələ də başlanılmayıb. Meriyanın
həyətində monta olunmuş keçən ilki işıqlandırmanı hesab
etməsək.
Marneuli meriyası 2019-cu ili qarşılamaq üçün
büdcədən 55 000 lariyə qədər məbləğ ayırıb. Yeni il tədbirləri,
dekorasiyalar və şam ağacı üçün tenderlər elan olunub. İki tender
meriya birini isə mədəniyyət mərkəzi elan edib.
Yeni il tədbirinin təşkil olunması xidmətini almaq üçün bələdiyyə
14 050 larilik tenderi 27 noyabrda elan edib. Tender şərtlərinə
əsasən yeni il konsertində dijey iştirak edəcək və o, müxtəlif
kateqroiyaları qane etməlidir. Məsələn, o 25 yaşına qədər şəxs
olmalı və 4 illik təcrübəyə malik olmalıdır. Proqram 90 dəqiqəlik
olacaq. Bundan əlavə meriya yeni ildə ən az 7 anomator təklif
edəcək və onlardan da 3 illik təcrübə tələb olunur.
1) 2 oyunbaz 20-30 dəqiqəlik şou ilə, 15-20 dəqiqəlik itlərin
şousu;
2) 1 animator-aparcı. O, prosesi idarə etməlidir;
3) 2 nağıl qəhrəmanı – “Çəhrayı və gümüşü rəng troll”;
4) 1 santa klaus;
5) 1 gürcü şaxta babası;
İkinci tender Marneuli meriyası tərəfindən yeni il şam ağacı üçün
artıq elan olunub. İndiki mərhələdə tenderdə yalnız bir şirkət
iştirak edib və onun seçilməsi/qiymətləndirilməsi gedir. Yeni il
şam ağacına yerli özünüidarəetmə 14, 400 lari sərf edəcək.
Hər iki tenderdə bir iştirakçı var və onun qiymətləndirilməsi
gedir. Üçüncü tenderi meriyanın tapşırığı ilə Mədəniyyət Evi
Marneuli şəhərində yeni il bəzəklərinin alınması/qurulması və
xidmətinin (montaj-demontajı) alınması üçün elan edib. Bunun üçün
büdcədən 25 719 lari ayrılıb. Şəhərin dekorasiyasına dair elan
olunmuş tender üçün təkliflərin qəbulu sabah başa çatır. Şəhərin
dekorasiyalarına elan olunmuş tenderdə indiki mərhələdə heç bir
şirkət iştirak etməyib.