VİDEO - Strasburqun mərkəzində baş vermiş hücumda şübhəli bilinən şəxs öldürülüb
11:33 / 14.12.2018
Strasburqun mərkəzində baş vermiş hücumda
şübhəli bilinən şəxs öldürülüb.Bu
barədə məlumatı BBC yayıb. Məlumatda şübhəlinin polislə atışma
zamanı hüquq mühafizəçiləri tərəfindən öldürüldüyü qeyd olunub.
BBC-nin məlumatına görə, öldürülən şəxs 29 yaşlı Şerif
Şekartiadır.
İki gün əvvəl Milad bayramı ilə əlaqədar təşkil olunan bazarda
atışma nəticəsində üç nəfər ölmüş, 13 nəfər isə yaralanmışdı.