5
yaşlı Rüqeyya Qerekmezli artıq iki ildir ki, moda ilə məşğul olur.
Rüqeyyanın 5 yaşı olmasına baxmayaraq bir çox moda layihələrində
iştirak edib və 1-ci yerin qalibi olub.
2018-ci ildə isə o, Batumi, İstanbul və Bakı şəhərində keçirilən
moda yarışmalarına təklif alaraq yarışmanı uğurla başa vurub.
2018-ci ilin növbəti uğuru isə 7 dekabr tarixində Rüqeyyanın
Azərbaycanda keçirilən və bir çox tanınmışların da iştirak etdiyi
"İlin 2018 Favoriti" milli mükafatının təqdimatına qatılması ilə
olub. O, mükafatlandırma gecəsində "İlin 2018 Favoriti" milli
mükafatına layiq görülüb. Rüqeyya yeganə Gürcüstanlı az yaşlı
olaraq özündən yaşca böyük tanınmış sənətçilərin yanında yer
alıb.
Rüqeyya Qerekmezli Gürcüstanda "Katrini Model Agency" tərəfindən
keçirilən "Top Children of Georgia", "Too Teen Model of Georgia"
adlı yarışmalarda 1-ci yerin qalibi olub. O, həmçinin Dünya model
yarışmasına da dəvət alıb və yanvar ayının 8-dən başlayaraq
dünyanın bir çox ölkələrində iştirak edəcək.
Qeyd edək ki, 5 yaşı olmasına baxmayaraq Rüqeyya iki taca
sahibdir.