Qış fəslinin əvəzolunmaz şorbası
Balqabaq çox zəngin mineral tərkibə malikdir. Tərkibində C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var.
Balqabaqdan fərqli yeməklər, içkilər hazırlamaq mümkündür. Bu gün sizə qışın əvəzolunmaz yeməyi olan balqabaq şorbasının hazırlanma reseptini təqdim edirik.

Tərkibi

1 kq balqabaq


100 qr düyü


80 qr yağ


2
ədəd baş soğan


Şəkər tozu və zövqə görə duz
Hazırlanma qaydası
Balqabağı yaxşı yuyub, təmizləyin.
Kub şəklində doğrayıb su və ya bulyonda bişirin.
Bişmiş balqabaqları kəfkirlə əzin.
Daha sonra düyü ilə birlikdə qazana töküb bişirin.
Başqa bir tavada soğançanı hazırlayın.
Hazır olana yaxın soğançanı balqabaq olan qazana əlavə edin.
Ən sonda istəyə uyğun duz əlavə edin.
Nuş olsun!

Qeyd: Balqabaq şorbası süfrəyə şəkər tozu ilə birlikdə verilir
Mənbə: Süfrəmiz.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google