Dadlı qayğanağın bişirilmə qaydası
Ən sadə yeməkləri əsl sənət əsərinə çevirmək olar. Yetər ki, düzgün hazırlanma qaydalarına əməl edək.
Məşhur italyan aşpazları sadə qayğanağı dadlı bişirməklə bağlı bir neçə sirrin üstün açıblar.

Məlum olub ki, ideal qayğanağa bişən müddətdə 2 çay qaşığı su əlavə etmək lazımdır. Özü də suyu yumurtanın ağı tavada yayılan vaxt əlavə etməliyik.

Bundan başqa qayğanağın
yumurtasını deyil, öncə tavada isitdiyimiz yağını duzlamalıyıq.

Unutmaq lazım deyil ki, istənilən yeməyi ləzzətli edən ərzaqların keyfiyyətidir. Əgər bişirdiyiniz yumurtanın ağı birazca şişmiş, sarısı isə zərif və parlaq sarı rəngdə deyilsə, bilin ki, yumurtaların saxlanma müddəti keçib.


Mənbə: Evdarlıq.az
Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli Kulinaria
FaceBook Twitter Google