28 dekabr üçün ulduz falı
Qoç - Səhər saatları danışıqlar və privat söhbətlər üçün əlverişli deyil. İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi məsələlərin həllini ertələyin. Günün ikinci yarısında yeni məlumat və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün əlverişli zamandır.

Buğa - Səhər saatlarından etibarən önəmli, vacib məsələlərin həllinə başlayın. Diqqətli olun. Kənar təsirlərə uymayın. Məhsuldar çalışmaq üçün bir işi yarımçıq qoyub başqasına start verməyin. Fəaliyyətinizi ciddi planlaşdırın, addımlarınızı müəyyənləşdirin.

Əkizlər - Davranışınız laübəli, təlatümlü olmasın. Kiçik problemlər və maneələr ifrat emosional reaksiyaya rəvac verə bilər. Əhvalınızdan asılı olaraq planlarınızı sürətlə, tez-tez dəyişməyin. Diqqətsizlik sonradan ağır fəsadlara səbəb olacaq addımlara rəvac verməsin.

Xərçəng - Günün ilk yarısı yaxşı xəbərlər və müsbət dəyişikliklər vəd edir. Çoxdan bəri planlaşdırdığınız işi reallaşdıra bilərsiniz. Mövqeyinizi möhkəmləndirin, nüfuzunuzu artırın. Yeni dostlar tapa bilərsiniz.

Şir - Günün ilk yarısında intuisiyanıza inanın, problemlərdən hifz olunmağa çalışın. Ünsiyyətdə insan psixologiyasının təməl motivlərini unutmayın. Asılı olduğunuz insanlarla təmaslarınızı aktivləşdirin. Səbirli olun.

Qız - Günün ilk yarısında sakit şəraitdə fəaliyyət göstərin. Fiziki hərəkətlərə vaxt ayırın. Ağır işdən çəkinməyin. Yeni işlərə başlamaq olar. Əməkdaşlıqla bağlı müzakirələr aparın. Günün ikinci yarısında perspektiv hesab etdiyiniz sahəyə və ya layihəyə sərmayə yatırmaq olar. 

Tərəzi - Uğur əldə etmək üçün həlledici amil kənar təsirlərə uymamaqdır. Xoşagəlməz işlərlə məşğul olmaq zərurəti yaranarsa, situasiyanı təhlil edin. İşlər ağır olsa da, onları başa vurmaq lazımdır. Kimsə əvəzinizə işləyən deyil.

Əqrəb - Günün ilk yarısını vurnuxma olmadan, tələskənliyə yol vermədən keçirin. İrəliləyişə imkan verəcək azsaylı şanslardan yararlanın. Məqsədə doğru aparan yolda yeganə maneə yalnız tənbəlliyiniz ola bilər. İnert, süst, passiv olmayın. Astagəllik etməyin.

Oxatan - Günün ilk yarısında mühüm işə başlamayın. Fəaliyyət sahəsində və şəxsi münasibətlərdə təşəbbüskar olun. İdeyalarınız dəstəklənəcək. Sizə yardım etmək istəyənlər var. Dostlar və tanışlarla normal danışın, emosiyalara qapılmayın.

Oğlaq - Özünüzü tənha hiss etməyin, bədbinliyə qapılmayın. Münaqişə və ya mübahisələrdən uzaq olmağa çalışın. Əsəblərinizi qoruyun. Planlaşdırılmamış xərclərə yol verməyin. Günün ikinci yarısı işgüzar fəaliyyət üçün daha əlverişlidir. Ünsiyyət yeni tanışlıqları ehtiva edir. Axşam saatlarını sakit şəraitdə keçirin.

Dolça - Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin. Müşahidələrdən istifadə edərək problemlərin qeyri-adi həllini tapa bilərsiniz. İşgüzar intuisiyanız iti olsun. Pullarınızı boş işlərə xərcləməyin. Maliyyə vəsaitinizin qədrini bilin.

Balıqlar - Potensial və imkanlarınızın qədrini bilin. Mənasız işlərlə məşğul olmayın. Bilikləriniz və təcrübənizdən maksimum bəhrələnin. Yaradıcılıq imkanlarının nümayişi üçün əlverişli zamandır. Hadisələrin axarına müdaxilə gərəkdirsə, bunu təxirə salmayın.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google