31 dekabr üçün ulduz falı
Qoç - Bu dünyada mütləq bir adam var ki, onun yanında olanda sizə dəyər verməyənləri unudacaqsınız. İlin son günüdür. Səbrli, eyni zamanda nikbin olun. Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın. Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək, münaqişə yaranacaq.


Buğa - Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən təəssüflənməyin. Yeni il yeni şanslar və imkanlar vəd edir. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyəti və ya danışıqları "sürpriz"lər vəd edir. Çalışqan, qətiyyətli, inadkar olun. Cavab reaksiyası istədiyiniz kimi olmaya bilər.

Əkizlər - 2014-cü ilin problemlərini gələn ilə daşımayın. Kollektiv iş və ya istirahətlə bağlı situasiyalar xüsusi diqqət tələb edir. Başqalarını təəccübləndirəcək əmələ yol verməyin.Mühüm proseslərə nəzarət etməyə çalışacaqsınız. Gərəksiz, ballasta çevrilmiş münasibət və ya insandan qurtulun. İzafi gərginlikdən xilas yolu ev işləridir.

Xərçəng - Sakitlik, istirahət və əyləncə günü deyil. Bayramdır, şənlənin, sevinin. Sizə dəyər verənləri sevindirin. Dəyişikliklərə dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal dəyişin. Qıvraq, çevik, cəld olun. Yaxşı reaksiya və problemləri anlamağınız gərəkdir.

Şir - Yeni il yaxşı günlər, xoş arzular vəd edir. Rəqiblərin zərbələrini, dostlarla tərəfdaşların naqolay fəaliyyətinin yarada biləcəyi problemləri dəf etməyi bacarın. Təmaslar nə qədər çox olarsa, bir o qədər çox sinirlənəcəksiniz.

Qız - Fürsətlərdən yararlanın və gələn ildə də belə olun. Aktiv, qoçaq insan kimi tanının. Sürətli, aktiv, enerjili həllər tələb edən gündür. Belə həllər yaşam, işlər, fəaliyyət və tapşırıqlarda ciddi dəyişikliklərə səbəb ola bilər.
Narazılıq yaranan müstəvidə dəyişikliklər edin. İstək və qüvvəniz olmasa belə, bunu reallaşdırın.

Tərəzi - Ötən ildə buraxdığınız səhvləri, yol verdiyiniz yanlışlıqları yeni ildə təkrarlamayın. Planlardakı gözlənilməz dəyişiklikləri labüd qəbul edin. Xəbərlər yenilənir, yanınızdakı adamlar arasında emosional davrananlar tapılır.

Əqrəb - Yaxşı, xoş gündür. Səhhətinizi qoruyun, həddən ziyadə çalışmayın. Yollarda ehtiyatlı olun.
Təxminlənməmiş situasiyalar, ətrafınızdakı insanların davranışlarında qəfil yeniliklər olacaq. Stabilliyi risk altına ataraq qarşıdurmaya getməli, qüvvələrinizi sınamalı olacaqsınız.

Oxatan - 2015-ci il sizin ilinizdir. İşlərə yaradıcı yanaşma, sürətli və virtuoz davranış tələb olunur. Yerdəyişmələri bir qədər məhdudlaşdırın. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik müşahidə oluna bilər.

Oğlaq - Bayramı sevdiyiniz insanlarla keçirin. Yaşamınızda qəfil hadisələrə hazır olun. Uzaqdan gələcək xəbər planlarınızda qəfil dəyişikliklərə səbəb ola bilər.

Dolça - Bu gün, xüsusilə də axşam saatlarında yaxın ətrafınızdakı insanlarla təmasların həddən ziyadə olmasından usana bilərsiniz. Tək qalmaq, müstəqil şəkildə işləmək istəyirsiniz. Amma bunu etməyin. Bayramdır - unutmayın...
Lakin sizi tək işləməyə qoymayacaqlar. Planlar dəyişəcək, yaşamınıza daxil olan informasiyanın həcmi isə artacaq.

Balıqlar - 2015-ci ilə yaxşı başlamaq üçün fiziki tonusunuz və şəxsi təhlükəsizliyinizin təminatı ilə məşğul olun. Həyat sizə problemlər və əvvəl yol verdiyiniz səhvlərin bəzilərinin təkrarını hazırlayır.
Səliqəli olun, reaksiyalarınızda tələskənliyə yol verməyin. Sizi seçim və ya hərəkətlə bağlı tələsdirmək istəyənlərin felinə uymayın.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google