9 yanvar üçün ulduz falı
Qoç - günün emosional fonu əlverişli deyil. Situasiya gərgindir. Sakitliyin hətta görüntüsünə nail olmaq çətindir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv və sərt olmayın. Nəyin bahasına olursa-olsun, bildiyiniz kimi davranmaq istəyi işdə və evdə problemlərə səbəb ola bilər.
Buğa - emosiyalar və hisslərlə zəngin gündür. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların gerçək niyyətlərini və planlarını müəyyənləşdirməyə cəhd göstərin. Əvvəllər ümumi dil tapmadığınız insanlarla münasibətləri normallaşdıra bilərsiniz. İşdə həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişli gündür.

Əkizlər - sakit və xoş gündür. Əvvəllər başladığınız işləri bitirməyə çalışın. Bütün məsələlərdə yaxın ətrafınızdakı insanlarla razılaşmayacaqsınız. Amma fikir ayrılıqlaır yaranarsa, diplomatik səyləri işə salaraq münaqişələrə yol verməyin.

Xərçəng - əvvəlki günlərdən fərqli olaraq indi bir sıra məsələlərin həlli çətinləşir. Gərəkli nəticəni əldə etmək üçün müəyyən daxili sədləri dəf etmək, zəifliklərinizə qalib gəlmək lazımdır. Amma özünüzlə mübarizəniz o qədər də asan olmayacaq.

Şir - mühüm hadisələr vəd etməyən gündür. Zaman rəvan və sakit keçir. Situsiyadan yararlanaraq plan və niyyətlərinizi gerçəkləşdirməyə, yarımçıq işləri başa vurmağa çalışın. İşgüzar görüşlər pis keçmir. Amma məsələlərin yekun həlli tezliklə əldə olunmayacaq. Səbrli, təmkinli olun.

Qız - gün məhsuldar olacaq. Detallara diqqət və təfərrüatlara ciddi fikir verilməsini tələb edən işlər üçün münasib zamandır. Həll olunması gərəkən istənilən diqqətlə düşünün, heç nəyi nəzərdən qaçırmayın. Belədə taktikanız uğurlu olacaq.

Tərəzi - maraqlı və uğurlu gündür. Başladığınız işlərdə uğur qazanacaqsınız. Problemlərin həlli orijinal yanaşma, qeyri-standart həllər tələb edir. Rutin işlər aktiv çalışmağınızı ehtiva edir.

Əqrəb - mürəkkəb və çətin gündür. Yaxın ətrafınızdakı insanlar sanki səbrinizi sınağa çəkirlər. Onlar mövqeyinizə və fikirlərinizə qulaq asmaq istəmirlər. Münaqişələrdən yayınmağa çalışsanız da, buna nail olmaq asan deyil.

Oxatan - əlverişli və yaxşı gündür. Başladığınız işlərin hamısının öhdəsindən gəlməyə çalışın. Köhnə dostlar və sınanmış müttəfiqlər sizə yardım edəcəklər.
Yeniliklərə olan marağınız artır. Başqasının təcrübəsindən yararlanmağa can atın. Cari işlər darıxdırıcı deyil. Daha maraqlı işlə məşğul olmaq üçün yetərincə vaxt qalır.

Oğlaq - gün ərzində yaranan problemlərə soyuqqanlı yanaşmayın. Onlar öz-özünə həll olunmayacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv fəaliyyətə lüzum duyulur. Nə qədər çox işgüzar olsanız, gün ərzində o qədər az problemlə qarşılaşacaqsınız.

Dolça - maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Gəlir, əvvəllər gördüyünüz işə görə ödəniş istisna deyil. İşgüzar danışıqlar məhsuldar keçəcək. Həmsöhbətlərinizi haqlı olduğunuza inandırın. Əvvəllər opponentlərinizin tərəfində olan insanların da dəstəyini qazanmağa çalışın.

Balıqlar - təxribatlara uymayın. Bədxahlardan kiminsə sizin əhvalınızı pozmağa cəhd göstərməsi istisna deyil. Soyuqqanlı olun, müqavimət göstərin. Təmkinli davransanız, bu gün səhvlərdən yayına bilərsiniz.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google