Toyuqdan yemək hazırlayırsınızsa, bunları bilməlisiniz
Ankara Universitetinin Qida Təhlükəsizliyi üzrə
professor Nevzat Artık alınan toyuqlardan istifadə zamanı diqqətli
olmağa çağırıb.
Dükkandan alınan toyuğun üzərində istifadə müddətinə diqqət etmək
lazımdır. Məhsulun üzərində olan müddət bitənə kimi istifadə
olunmalıdır.
Toyuq ətindən istifadə zamanı bir dəfə donu açılmalıdır. Toyuğun
donunu açıb, yenidən dondurmaq olmaz.
Çiy toyuğa əl vurandan sonra əllər mütləq yuyulmalıdır.
Çiy toyuqun bişirilmədən öncə yuyulması zəhərlənmə riskini artırır.
Onun üzərində olan mikroblar su damcıları ilə ətrafa sıçrayır.
Bunları nəzərə alaraq yumadan bişirmək məsləhət görülür.
Çiy toyuğu yaxşı bişirmək lazımdır ki, bütün mikroblar
ölsün.Toyuğun 72 dərəcədən yuxarı temperaturda bişirilməsi məsləhət
görülür.
Toyuqu yetişdirilmə zamanı istifadə olunan antibiotik və
hormonlardan təmizləmək üçün onu əvvəl suda bişirmək lazımdır.
Antibiotik və hormonların əksər hissəsi bulyona keçir. Bu bulyonu
istifadə etmək olmaz, atmaq lazımdır.
Mənbə: Milli.az