Evdar qadınlara faydalı məsləhətlər
Evdar qadınlar mətbəxdə tez-tez xoşagəlməz çətinliklərlə qarşılaşırlar. Xanımların qarşılaşmış olduqları əsas çətinliklərdən biri süd bişirdikdə südün daşıb tökülməsi, digəri isə yeməyin həddindən artıq duzlu olmasıdır.

Bu kimi hallarla qarşılaşmamaq üçün sizə hazırlamış olduğumuz bir neçə faydalı məsləhəti təqdim edirik.


  • Daşıb tökülməsin deyə, südü qaynatdığınız qazanın dibinə azca yağ çəkin.

  • Südün tez qaynamasını istəyirsinizsə, onu qaynatdığınız qazana azca şəkər tökün.

  • Daha ləzzətli və ağ olması üçün düyünü qaynatdığınız suya azca sirkə tökün.

  • Kartofu qaynadarkən onu bir neçə yerdən deşsəniz, bişəndə çatlayıb dağılmaz.

  • Tərəvəz şorbasını vam odun üstündə bişirmək lazımdır. Belə etsəniz tərəvəzlərin tərkibindəki vitaminlərin əksəriyyəti parçalanmaz.

  • Çox duzlanmış bulyona bir neçə çiy kartof atıb qaynatmaqla onu duzsuzlaşdırmaq olar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google