"Tbilisi Dövlət Azərbaycan Dram" teatrının yeni bədii rəhbəri gələcək planlarından danışdı
Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin keçirdiyi müsabiqə nəticəsində bu gün, 11 yanvar tarixində "Tbilisi Dövlət Azərbaycan Dram" teatrının bədii rəhbər vəzifəsinə gənc aktyor və rejissor Turqay Vəlizadə təyin olunub.

Turqay Vəlizadə teatrın inkişafı və gələcəyi ilə bağlı olduqca maraqlı ideyalarının olduğunu qeyd etdi.

"Gələcəkdə tamaşalarla bağlı çox böyük planlarımız var. Sadəcə çox işləmək lazımdır, teatrın əsas funksiyası tamaşaları ilə öz tamaşaçılarını sevindirməkdir. Tamaşaçıları nəinki Azərbaycan, eyni zamanda xarici dramaturgiya əsərlərinin səhnəyə qoyulduğu tamaşalar gözləyir. Hamını teatra cəlb edəcəyik, teatrımız haqqında hamı məlumatlanmalıdır. Ən balaca kəntdə və ucqar rayonlarda da hamının teatr haqqda məlumatı olacaq. Əlbəttə kənar rayonlara da qastrol səfərlərimiz olacaq. Teatr inkişafını daha da böyük addımlarla davam etdirəcəyik. Teatr mədəniyyətdir və bu mədəniyyəti biz inkişaf etdirərək tamaşaçılarımıza çatdırmalıyıq"-Turqay Vəlizadə dedi.

Qeyd edək ki, teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze idi. O, 2018-ci ilin oktyabr ayında səhhətində yaranmış problemlərə görə vəzifəsindən ayrılıb. 

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google