Sadaxlıda bəyan edilməmiş siqaret aşkar ediblər
18:37 / 19.01.2019
Gömrük buraxılış məntəqəsi
“Sadaxlı-Avtomobil”, bəyan edilməmiş siqaretin ölkə sərhəddindən
qanun pozuntusu ilə daxil edilməsi cəhdinə dair 2 fakt
aşkarlanıb.
“Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər xidmətinin
gömrükçü müfəttişləri şübhə əsasında Gürcüstan və Ermənistan
vətəndaşları E.Q. və A.S.-ya aid olan əl çantalarına keçirilən
baxış nəticəsində ümumilikdə 3,400 ədəd bəyan edilməmiş siqaret
aşkar ediblər.
Gürcüstanın Vergi Məcəlləsinin 289-cu maddəsinin 14-cü hissəsinə
əsasən qanunu pozan vətəndaşlardan mal alınıb və hər birinə
sanksiya olaraq maddi cərimə, min lari təyin olunub”
– deyilir Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin bəyanatında.
Mənbə: tv4.ge