“KazTransQaz”ın saxlanılan əməkdaşlarını əvvəlcədən saxlama təcridxanasına aparıblar
“KazTransQaz”ın saxlanılan əməkdaşlarını əvvəlcədən saxlama təcridxanasına aparıblar – bu haqda birinci kanalın jurnalisti məlumat verib. Onlar mediaya müsahibə verməyiblər.

Didi Diğomidə təbii qazın sızması nəticəsində baş vermiş partlayış faktı ilə bağlı bu gün “KazTransQaz”ın iki əməkdaşı saxlanılıb. Dİn-in məlumatına görə, saxlanılanlar “KazTransQaz”ın sürətli reaksiya göstərmə qrupunun əməkdaşları – 1957-ci il V.M. və 1991-ci il təvəllüdlü T.D.saxlanıblar. Onlar 2019-cu ilin 16 yanvarında qeyd olunan ünvana partlayış baş verəndən bir neçə saat əvvəl korpus sakinlərinin çağırışı nəticəsində gediblər.

Partlayış Tbilisidə, Didi Diğomidə 16 yanvarda baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub. Səkkiz nəfər xəsarət alıb. Altı azyaşlıdan biri indiyə kimi xəstəxanada qalmaqdadır. Partlayış nəticəsində zərərçəkənləri Tbilisi meriyası mehmanxanalara yerləşdirib. İlkin versiya ilə partlayışa qaz sızması səbəb olub. Baş verənlər bağlı istintaq başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google