Bolnisidə 7 inəyin oğurluğu üçün 3 nəfəri həbs ediblər
DİN əməkdaşları aparılan operativ əməliyyat nəticəsində əvvəlcədən razılaşılmış qrup tərəfindən 7 inəyin oğurluq faktı açılıb.
Qeyd olunan faktla bağlı polis 1994-cü il təvəllüdlü N.K və 1995-ci il təvəllüdlü Ş.Q. hakimin qərarı əsasında həbs edib, 1986-cı il təvəllüdlü E.Ş. isə iştirk etmədən ittiham olunub. Onların üçü də keçmişdə məhkum olunub.

DİN-in məlumatına görə, cinayət 6-dan 10 ilə qədər müddətə azadlıqdan məhrum edilməni nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, ittiham olunanlar Bolnisi rayonunun Racisubani kəndinin otaracağından 7 baş iri buynuzlu mal-qara oğurlayıblar və sonra satıblar” – deyilir bəyanatda.

İstintaq əvvəlcədən razılaşılmış qrup tərəfindən törədilmiş oğurluq faktı ilə bağlı gedir.

Mənbə: rustavi2.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google