"Qırmızı Körpü" gömrük postunda Gürcüstan vətəndaşının avtomobilində narkotik aşkar edilib
Gürcüstandan Azərbaycana gedən Gürcüstan vətəndaşının idarə etdiyi avtomobilindən narkotik vasitə aşkar olunub. Hadisə "Qırmızı Körpü" gömrük postunda baş verib.

Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.

Yayılan məlumatda bildirilir ki, "Gürcüstandan Azərbaycana gedən Gürcüstan vətəndaşının idarə etdiyi "Honda Odyssey" markalı avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının söykənəcəyinin arxa cibində 1 ədəd bükülüdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar edilib".

Faktla bağlı araşdırma aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google