Didi Diğomidə Avtandil küçəsində baş vermiş
partlayış işinə görə saxlanılan şəxsə, "QazTransQaz" Tbilisinin
keçmiş əməkdaşı Tornike Tatişviliyə və Vazel Mamadianiyə həbs
cəzası verilib.
Qərarı Tbilisi şəhər məhkəməsinin hakimi
Vaxtanq Mrelaşvili qəbul edib.
Prokurorluq ittiham olunanlara qarşı həbs cəzasını tələb edirmiş.
Mühafizə tərəfi isə girov verilməsini istəyirmiş. Vazel Mamdianiyə
görə 50 min lari, Tornike Tatişviliyə isə 10 min lari məbləğdə
girovun ödənilməsini qeyd ediblər.
Tatişvili və Mamadiani rəsmi olaraq 19 yanvarda ittiham olunublar.
Saxlanılanlar CM-nin 220-ci prima maddəsinin ikinci hissəsi ilə
ittiham ediliblər. Maddə vəzifəsinə biganə yanaşmanı nəzərdə tutur.
Məhkəmədən əvvəl iclas 14 martda baş tutacaq.
Xatırladaq ki, 16 yanvarda Didi Diğomidə baş vermiş partlayışda 4
nəfər ölüb, onlar arasında biri uşaqdır. 8 nəfər xəsarət alıb.