“Ağıllı” kameraların qoşulması nəticəsində texniki baxışdan keçmədiyinə görə 4 gündə 6 654 cərimə yazılıb
14 yanvardan 17 yanvara qədər, dövri texniki baxışdan keçməmiş avtomobillərin cərimələnməsi prosesinə ağıllı kameralar da qoşulub, ümumilikdə isə 6 654 cərimə yazılıb – bu haqda İPN-ə DİN-nin Tədqiqatlar və İslahatlar İdarəsinin rəhbəri Beka Liluaşvili bildirib.

Onun məlumatına görə, ağıllı kameralar qeyd olunan qanun pozuntusunu qeydə alırlar, texniki baxışdan keçmədiklərinə görə cərimələnənlərin sayı artıb. Qeyd edək ki, prosesə “Ağıllı kameraların” qoşulmasına qədər 2019-cu ilin 1 yanvarından 14 yanvarına qədər ümumilikdə polis ekipajları tərəfindən 2404 cərimə yazılıb.

“Mənim məqsədim icranın səmərəliliyinin artırılması idi. Belə hallar çox idi və bunu patrul polisi tərəfindən yazılan cərimələr də göstərirdi ki, çox sayda avtomobilin texniki baxışdan keçməklə bağlı qanunla öhdəliyi var ancaq keçmir. Əlbəttə, patrul polisi ekipajları tərəfindən yoxlanılma zamanı yalnız onların yarısına cərimə yazılırdı və bu prosesin səmərəliliyinin artırılmasına əhəmiyyətli dərəcədə ehtiyac duyulurdu” -  Beka Liluaşvili qeyd edib.

DİN-nin nümayəndəsinin bəyanatına görə, cərimələmə prosesinə ağıllı kameraların qoşulmasının məqsədlərindən biri dövri texniki baxış mərkəzlərinə müraciətlərin artımı idi.

“Təbiidir ki, bu prosesin məqsədi dövri texniki nəzarət mərkəzlərinə müraciətlərin artması və avtomobilləri texniki baxışdan keçmək üçün aparmaları idi. Faktiki olaraq buna nail olunub. 14 yanvardan sonra müraciətlərin göstəricisi faktiki olaraq bir neçə dəfə artıb. Həmçinin, müraciətlər üç və dörd qat artıb. Dövri texniki baxış mərkəzlərindən bizim məlumat bazasına gecə-gündüz ərzində 600 qeyd gəlirdisə, indi bu göstərici faktiki olaraq beş dəfə artıb” - Beka Liluaşvili deyir.

Qeyd edək ki, dövri texniki baxışdan keçməmə halında fiziki şəxslər 50 lari, hüquqi şəxslər isə 200 lari cərimə olunurlar. Qeyd edək ki, texniki baxışdan keçməməsi halında sürücülər hər 30 gündə bir cərimələnəcəklər.
Xatırladaq ki, 2019-cu ilin 14 yanvarından ağıllı kameralar tərəfindən avtomatik rejimdə qanuna uyğun olaraq dövri texniki baxışdan keçməmiş avtomobillər cərimələnib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google