Tbilisidə oğurluq faktı ilə bağlı 4 nəfər həddi-buluğa çatmamış şəxs saxlanıb
Hüquq mühafizəçilər Tbilisidə baş vermiş oğurluq faktı ilə bağlı 4 nəfər həddi-buluğa çatmamış şəxs saxlayıb.
“DİN-in Tbilisi Polis Departamentinin Qədim Tbilisi İdarəçiliyinin əməkdaşları aparılan əməliyyat nəticəsində 2003-cü il təvəllüdlü A.A.-nı oğurluq ittihamı ilə bağlı Tbilisidə saxlayıblar.

Cinayət 3 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrum edilməni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, saxlanılan Tbilisidə yerləşən iki mağaza, restoran və turistik ofisi qarət edib. Hüquq mühafizəçiləri oğurlanmış əşyaları sübut olaraq götürüb.

İstintaq oğurluq faktına dair Gürcüstan CM-nin 177-ci maddəsinin 2-ci hissəsinin “a” və “b” altbəndləri ilə gedir” - deyilir DİN-in yayımladığı məlumatda.

Print ელ. ფოსტა
FaceBook Twitter Google