Son göstəricilərə əsasən "donuz qripindən" 22 nəfər dünyasını dəyişib
Son göstəricilərə görə qripdən xəstələnənlərin laboratoloji olaraq təsdiqlənmiş sayı 22-dir. Bu haqda İPN-ə Xəstəliklərin Kontrolu və İctimai Sağlamlıq üzrə Milli Mərkəzdən bildiriblər.

Onların məlumatına görə, qripdən xəstələnənlərin göstəricisi 100 000 əhaliyə 186-nəfəri təşkil edir və xəstəliyin yayılması azalır.

Xəstəliklərin Kontrolu və İctimai Sağlamlıq üzrə Milli Mərkəzinin direktoru Amiran Qamğrelidze bildirir ki, respirator xəstəliklərlər yerləşdirilənlərin sayı da azalır. Baxmayaraq ki, Qamğrelidze cəmiyyəti ehtiyatlı olmağa və gigiyenik normaları qorumağa çağırır, çünki onun fikrincə Avropada qripdə yoluxanların piki fevralda qeydə alınır.

“Qripə yoluxanların göstəricisi azalır və bugünkü göstəricilərlə 100 000 əhaliyə 186-dır, keçən həftə 211 təşkil edib. Xatırladaq ki, pik dekabrın son həftəsində olub və onda 100 000 əhaliyə xəstəlik göstəricisi 277 idi. Eləcə də ağır xəstəliklə yerləşdirilənlərin göstəricisi 18,2%-ə qədər enib, keçən həftə isə 21% idi”
- Amiran Qamğrelidze deyib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google