Sürücülər üçün "regional əhəmiyyət daşıyan təlim mərkəzin" inşası planlaşdırılır
2019-cu ildə Gürcüstanda avtomobil nəqliyyatı sahəsində yüksək kvalifikasiyalı kadrların – sürücülər və menecerlərin hazırlanması
və dövri hazırlıq məqsədi ilə regional əhəmiyyətli təlim mərkəzinin inşasına başlayacaq – İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kobuliya parlamentin iclasında bildirib.

Nazirin təqdimatına əsasən regional təlim mərkəzinin 4 km-lik simulyasiyalı trası və ildə 1000-ə qədə sürücünü Avropa standartlarına uyğun olaraq hazırlamaq imkanı olacaq. Mərkəzdə avtobus və trayler sürücüləri, eləcə də patrul, təcili yardım, bələdiyyə nəqliyyatı və.s. hazırlıq keçəcəklər.

Qeyd edilməlidir ki, Avropa İttifaqı ərazisinə daşınma həyata keçirən gürcü sürücülərin avropa standartına uyğun akreditasiyalarının olması mütləqdir. Eləcə də daxili daşınma hallarında təhlükəsizlik dərəcəsi artacaq.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google