Yeni ixtiraya əsasən evli cütlüklərin mübahisə
səbəblərindən biri azalacaq.
Ağıllı yatağın ixtirası ilə yer üstündə dava edən
cütlüklərin mübahisəyə səbəbi
qalmayacaq.
Yeni ağıllı
yataqlar sayəsində yaylı döşəyin (matras) üzərindəki şəxslər elə
yatdığı yerdə də oyanacaq. Belə ki, döşəklərin içərisinə qurulan
mexanizmlə bağlı olaraq yataqda uzanan şəxslər yuxudaykən
bir-birinin tərəfinə keçə bilməyəcəklər.
Mənbə: Milli.az