Axalkalakidə 30 yaşlı qızın qaçırılmasına görə 4 nəfər həbs olunub
Fevralın 9-da 30 yaşlı qadını evlənmək məqsədi ilə 31 yaşlı kişi Azadlıq küçəsindən qaçırıb.
Hüquq mühafizəçilərinə baş verənlə bağlı qadının ailəsi məlumat verib. 31 yaşlı kişini isə üç nəfərlə bərabər məlumat verildikdən qısa müddətdə saxlayıblar.

İstintaq cinayət məcəlləsinin 143-cü maddəsi ilə gedir. Maddə azadlıqdan qeyri-qanuni məhrum edilməni nəzərdə tutur.

Axalkalakinin rayon məhkəməsi saxlanılanlara ilkin həbs tədbirinin təyin edilməsi haqqında artıq müzakirə aparıb və onların dördü də həbs olunub.

Mənbə: sknews.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google