Kaladze: Tbilisi üçün 18 metrlik avtobusların alınması planlaşdırılır
Paytaxtın meri Kaxa Kaladzenin bəyanatına görə Tbilisi üçün 18 metrlik avtobusların alınması planlaşdırılır. Kaladzenin sözlərinə görə, oxşar rekomendasiya meriyanın sifarişi ilə “Sistra” tərəfindən hazırlanmış tədqiqatda qeyd olunub.

“Münhendə MAN-ın sərgi mərkəzində ən yaxın modelin 18-metrlik avtobuslarını nəzərdən keçirdik və onların paytaxta gətirilməsi planlaşdırılıb. MAN-ın sərgi mərkəzində şirkətin rəhbər şəxsləri ilə görüşdük – əməkdaşlıq perspektivləri haqda söhbət etdik. Eləcə də Tbilisidə gedən nəqliyyat reformalarından danışdıq. Reforma çərçivəsində köhnə avtobusların yeni ilə əvəz olunması nəzərdə tutulub” - Kaladze deyir.

Avtoparkın yenilənməsi üçün 90 ədəd 10 metrlik avtobusdan bir hissəsi artıq hazırdır və onlar paytaxta mərhələli şəkildə gətiriləcəklər. Belə ki, 220 ədəd avtobusun alınması üçün tender elan edilib.



Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google