Mixail Saakaşvili genetik testin nəticələrinin
yayımlanmasından sonra facebookda ona qarşı deyilən tənqidlərə rəy
bildirib.
Genetik testin yayımlanmasına görə onu bir çox adamlar tənqid edib,
həmçinin, onun facebook səhifəsində rəylər qrafasında internet
zarafatları da yaradılıb.
“Cəmiyyətdə böyük rolu olduğunu düşünən şəxslərə demək istəyirəm –
özünüzə sual verin, mən və mənim partiyama Gürcüstanda yaşayan
etnik qruplardan belə möhkəm dəstək haradandır? Bunu keçən
seçkilərdə Gürcüstan azərbaycanlıları və Gürcüstan erməniləri bir
daha sübut etdilər... ona görə ki, bu halda mənim genetik testimin
nəticəsinin fərqi yoxdur. Dəfələrlə demişəm və o ermənilərdən
zəhləsi gedənlər üçün yenə təsdiq edirəm – mən siyasi olaraq erməni
olacam... kim azərbaycanlılara nifrət edir onlar üçün azərbaycanlı
olacam... kim yəhudilərə nifrət edir onlar üçün yəhudi olacam və
eyni zamanda hamı üçün gürcü olaraq qalacam. Yaxın tarixdə mənim
hakimiyyətim dövründə etnik qrupların məskunlaşdığı regionlarda
inkişaf və Gürcüstana inteqrasiya üçün ediləni heç kim etməyib. Və
ona görə də təsirlərə baxmayaraq əhali yenə də bizə səs
verdi” – Saakaşvili facebookda
yazır.