Eka Beselia siyasi platformasını açıqlayır

Eka Beselia bu gün, 22 fevral tarixində Parlament əksəriyyətini və “Gürcü Arzusu”nu tərk edib. Bu barədə o, bir az əvvəl bəyan edib.

Jurnalistlərin sualından sonra isə əlavə edib ki, müstəqil deputat olaraq qalacaq və həmkarlarının sonrakı qərarlarını gözləyəcək.

“Bu qərardan sonra mən Parlamentdə müstəqil deputat kimi qalıram, qanunverici orqanda və hakim partiyanın daixilində olanlara etiraz edən həmkarlarımın sonrakı qərarlarının necə olacağını gözləyəcəyəm. Onların yaxın gündə verəcəyi qərarları gözləyəcəyəm.

Bundan sonra biz mübarizə və ideallarımız üçün öz siyasi platformamızı yaratmaq istiqamətində müzakirələrimizi davam etdirəcəyik və bu yaxın gələcəkdə olacaq. Bundan sonra biz xalqla görüşəcəyik və yeni proseslərə başlayacağıq. Bununla bağlı daha ətraflı danışacağıq.

Biz bu məqsədimizə nail olmaq üçün hər şeyi edəcəyik və bütün siyasi, konstitusion və hüquqi vasitələrdən istifadə edəcəyik”,
– Eka Beselia deyib.

Onun dediyinə görə, həmkarlarının və onun özünün deputat mandatları var ki, bu da onların xalqın adından danışa biləcəyi deməkdir. Beselia deyib ki, yaxın gələcəkdə ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdən sonra “mübarizəyə müəyyən mütəşəkkil forma” verəcəklər.


Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
თეგები: ეკა ბესელია
FaceBook Twitter Google
მსგავსი სიახლეები