Yuxudan baş ağrısı ilə oyananlar - Səhərlər baş niyə ağrıyır?
10:47 / 28.02.2019
Çox
insanlar müntəzəm olaraq səhərlər, elə yuxudan oyanandan baş
ağrılarından, baş sızlamasından, təzyiq oynamasından şikayətlənir.
Əslində insan normal yatıb yuxusunu aldıqdan sonra dincəldiyindən
başı səhərlər ağrımamalıdır. Bəs bu əksinə baş verən prosesin
səbəbi nədir?
"Marneuli" radiosu medicina.az-a istinadən səhərlər baş ağrısının
bir neçə səbəbini təqdim edir.
1.Siz yuxudan doymamısız
Orqanizmə sutkada 6-8 saat normal yuxu tələb olunur. Əgər insan bu
normaya yaxın yatırsa, lakin günlərin bir günü bu normadan az və ya
çox saat yatdıqda bədən panikaya düşür, özünü toparlaya bilmir,
etiraz kimi reaksiyası baş ağrısı olur.
Bu zaman qanda adrenalin və noradrenalin hormonları aktivləşir,
nəticədə ürək döyünmələri sürətlənir, təzyiq dəyişir, baş
ağrıyır.
Bu halda istənilən ağrıkəsici ağrını kəsir. Amma yuxunu və saatını
qaydaya salmaq lazım olacaq.
2.Həddən artıq çox yatmısız
Əgər yuxudan doymamaz, az yatmaq baş ağrı yaradırsa, deməli,
normadan çox yatmaq da eyni hal yaşadır. Doktor Napolinin qeydinə
görə, 9-10 saatdan artıq yatdıqda beyində serotonin hormonu azalır,
qan dövranı pozulur, nəticədə baş ağrı yaranır.
Ona görə çox insanlar bazar günü çox yatanda dincəlmək əvəzinə,
əksinə baş ağrı ilə üzləşirlər. Ona görə rejimdən çıxmaq olmaz.
Bazar günü yatsanız da, saatı qurun ki, vaxtında oyana biləsiz.
3.Endorfin hormonu azdır
Sevinc hormonu hesab olunan endorfinin orqanizmdə ən az həddə
olduğu vaxt səhərdir. Elə insanlar var ki, onlarda bu hormon
ümumiyyətlə azdır. Bu da baş ağrı verir.
Professor Mark Xorsendi deyir ki, bu hormon az olduqda baş
damarları sıxılır, qan dövranı pozulur, baş ağrıyır. Belə olan
halda dərman yox, fiziki aktivlik, qaçış, idman, gimnastika sizi
xilas edə bilər. Çünki yalnız bu halda endorfin səviyyəsi
qalxır.
4.Axşam çox alkoqol qəbul etmisiz
Sərxoşluq, alkoqol içki səhər baş ağrısının birinci səbəbidir.
Alkoqol orqanizmi susuzlaşdırır, qanın ümumi dövranı düşür,
hüceyrələrə az qan gedir, onlar acır, yuxu normal olmur, səhər isə
baş ağrısı ilə oyanırsız. Bu halda sizə çox maye, adi su və
elektrolit içkilər kömək edə bilər. Su balansını tənzimləmək
mütləqdir.
5.Siz xoruldayırsız
Xorultu apnoe yaradır, yəni nəfəs çatışmazlığı. İnsan yuxuda ikən
20-30 saniyə tənəffüsü demək olar ki, dayanır. Bu hal gecə boyu 3-5
dəfə baş verdiyindən beyində oksigen aclığı yaranır, kəllədaxili
təzyiq artır, baş ağrısı başlayır. Bu probleminiz varsa LOR həkim
müayinəsi və xüsusi müalicə vacibdir.
6.Günboyu çox kofein qəbul etmisiz
Kofein - əslində yüngül narkotik maddə hesab edilir. Əgər bir insan
gün ərzində 3-4 qutu energetik içki, kofe və s. içirsə, onun yuxusu
normal olmur. Ən pisi odur ki, insan gündəlik dozanı azaltdıqda və
ya kofeindən imtina etmək istədikdə, orqanizm vərdişindən asanlıqla
əl çəkmək istəmir və üsyan edir. Ona görə kofemanlar səhər oyanan
kimi dərhal bir fincan qəhvə qəbul edir. Əgər etməsə, baş mütləq
ağrıyacaq.