Salome Zurabişvili - Bu gün tarixi gündür, çünki 27 illik diplomatik münasibətlərdən sonra Kiprin prezidenti Gürcüstana gəlib
12:05 / 17.04.2019
Bu
gün tarixi gündür, çünki 27 illik diplomatik münasibətlərdən sonra
Kiprin prezidenti Gürcüstana gəlib
– bu
haqda Gürcüstan prezidenti Salome Zurabişvili Kiprin prezidenti
Nikos Anastasia ilə birgə baş tutan mətbuat konfransında
bildirib.
Zurabişvili çıxışında Gürcüstan Kipr arasındakı münasibətlərin daha
da möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.
“Bu gün tarixi gündür, çünki 27 illik diplomatik
münasibətlərdən sonra Kiprin prezidenti Gürcüstana gəlib. Bu yeni
mərhələdir və bizim münasibətlərimizdə yeni addımdır. Bizim
görüşümüz məhz iqtisadi, siyasi və başqa istiqamətlərdə
əlaqələrimizin möhkəmləndirilməsinə həsr olunub. Çox vacibdir ki,
dövlətlər arasında iqtisadi əlaqələr yüksək səviyyəyə qalxsın.
Bunun üçün sabah biznes forum baş tutacaq. Artım üçün və yalnız
turizm sahəsində deyil başqa çox sahələrdə, lap elə texnologiyalar
istiqamətində böyük potensialımız var. Bu baxımdan Kipr Gürcüstana
yardım edə bilər və təcrübəsin bizimlə bölüşər. Eləcə də biz Kiprin
Gürcüstanın Avropa İttifaqına üzv olmağa inteqrasiyası yolunda
göstərə biləcəyi köməklikdən də danışdıq” – Salome
Zurabişvili bildirib.