Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
15:49 / 10.05.2019
Aldığınız ayaqqabı ayağınızı sıxırsa, qanınız
qaralmasın, çıxış yolları var.
Ayaqqabı ayağı sıxdıqda bu o demək deyil ki, ayaq ölçünüzdən kiçik
ayaqqabı almısınız. Bəzi ayaqqabılar həqiqətən də istifadə
edildikcə genişlənir və ayaq formasını alır. Təbii ki, bu prosesin
aradan qalxmasını gözləmək ayaqda döyənəklərə gətirib çıxara bilər.
Odur ki, təqdim etdiyimiz bir sıra praktik üsulla ayaqqabınızı
genişləndirib rahatlıqla istifadə edə bilərsiniz.
1. Qəzet vərəqlərini sirkə ilə isladıb ayaqqabının içinə qoyun. Bir
gün gözlədikdən sonra ayaqqabı qismən yumşaq olacaq və geyildiyində
ayağı sıxmayacaq.
2. Ayaqqabınız burnu açıq modeldirsə, onda həmin ayaqqabının
burnunu sirkə ilə isladıb sonra burun nahiyəsinə yaş dəsmalı
yaxşıca yerləşdirib bir gün gözləyin.
3. Spirti süngər və ya dəsmal ilə ayaqqabınızın içinə sürtün.
Quruyana qədər gözləyin.
4. İsti havada ayaqqabını genişlətmək üçün ayaqqabını geyinmədən
öncə saç feni ilə ayağı bir qədər havalandırın.
5. Ayaqqabını evdə olarkən qalın corabla geyinin. Bu şəkildə evdə
gəzərkən ayaqqabılarınız genişlənəcək.
6. Ağızı bağlanan paket alınır və yarısına qədər su ilə doldurulur.
Paketin axıtmadığından əmin olduqdan sonra ayaqqabının içinə bu
paketlər yerləşdirilir, ayaqqabının harası dar gəlirsə, oraya
yerləşdirməniz məsləhətdi. Sonra ayaqqabılarınızı içindəki
paketlərlə dondurucuya qoyun. Suyun buz olmasını gözləyin.
Ayaqqabının içindəki su buz olarkən genişlənəcək və beləcə
ayaqqabınız da genişlənəcək. Daha sonra ayaqqabıları dondurucudan
çıxardın və evin içində biraz geyinin. Amma bu halda ayaqqabıları
geyinməzdən əvvəl corab geyinin, buzluqdan çıxdıqları üçün soyuq
olacaqlar.
7. Ayaqqabı satan mağazalarda tapa biləcəyiniz genişləndirici
spreyləri şüşənin arxasındakı təlimatlara görə istifadə edə
bilərsiniz.