Dünyanın ən zəngin qadın müğənniləri - REYTİNQ
16:03 / 05.06.2019
"Forbes" jurnalı dünyanın ən zəngin qadın
musiqiçilərinin reytinq siyahısını tərtib edib.
Marneulifm Teleqraf.com-a istinadən xəbər verir ki, siyahıya
Amerika müğənni və aktrisası Rihanna başçılıq edir. Onun sərvəti
600 milyon dollar civarında dəyərləndirilir.
İkinci yerdə 570 milyon dollarlıq sərvətlə Madonna, üçüncü yerdə
Selin Dion (450 mln dollar), dördüncü yerdə isə Beyons (400 mln
dollar) qərarlaşıb.