19 iyun tarixi üçün ulduz falı
09:45 / 19.06.2019
19
İyun 2019-cu il, ulduz falı. Çalışdığınız kollektivdə
diqqətli olun
Qoç - günün ilk yarısından etibarən əhvalınızı korlayacaq
məqamların təsirini artırmayın. Məişət problemləri ciddi narahatlıq
yarada bilər. Çalışdığınız kollektivdə gərginliyin yüksəlməsinə
imkan verməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları münasibətlərin
ayırd edilməsinə, münaqişəyə sövq etməyin. Qarşıdurma mənbəyinə
çevrilməyin. Davadan uzaq durun.
Mənfi hisslər, aqressiv davranış əhvalınıza çox pis təsir
edəcək.
Axşam saatlarında qan təzyiqinin düşməsi, başağrısı istisna
deyil.
Buğa - peşəkar fəaliyyət müstəvisindəki məsələləri şəxsi
münasibətlərə inikas etdirməyin. Əvvəlki əlaqələrin bərpası, köhnə
təmasların yenidən gündəmə gətirilməsi zamanıdır. Yeni tanışlıqlar
istisna deyil.
Günün ikinci yarısında hisslərinizdə səmimi olun. Planlaşdırılmamış
hadisə, nəzərdə tutulmamış olay istisna deyil. Fors-majorun
fəsadlarını daha da ağırlaşdırmayın.
Təmaslarda fikrinizi açıq bildirsəniz, uğurlara nail
olacaqsınız.
Əkizlər - maddi məsələlərə xüsusi diqqət yetirin. Ödəniş
qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi əhəmiyyət kəsb
edir. Stabillik axtarışları sizi iş yerini dəyişməyin labüdlüyü ilə
bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera
perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək
olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza
yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Xərçəng - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə
başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz
qala biləcəyiniz itkiləri dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş
etdirin.
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar.
Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq
yarada biləcək suallara zəmin yaratmayın.
Şir - yaşananlara daha sadə baxın. Səbəbsiz yerə sinirlənməyin və
özünüzü dalandakı insan kimi hiss etməyin. Heç nəyi
çətinləşdirməyin.
Yaxın ətrafınızdakı insanlardan birinin hiyləgərliyinin səbəblərini
araşdırın. Problem böyüməmiş müşkülü həll edin.
Günün ikinci yarısında borcu qaytarın. Kredit ödənişini
gecikdirməyin. Ailə üzvlərini tənqid etmək fikrindən uzaq olun.
Münaqişə yaratmayın. Səmimi davranış ailədə sülhü qorumağın əsas
şərtidir.
Qız - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə
başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv
insan təsiri bağışlayın. Tənbəllik etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə
yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.
Tərəzi - rəqiblərinizi üstələmək üçün gərəkli bütün metodlardan və
vasitələrdən istifadə edin. Bədxahların məkrini, intriqalarını faş
edin. Əks təqdirdə irəliləmək əvəzinə geriləyəcəksiniz. Populyar və
məşhur olmaq istəyirsinizsə, yalnız bacarığınıza, zəhmətinizə
güvənin.
Günün ikinci yarısında ürəkaçan şəraitdir. Çoxdan reallaşdırmağa
çalışdığınız işə başlamaq üçün münasib zamandır.
Ailənizin azyaşlı üzvlərinə xüsusi diqqət ayırın. Onların sevinci
sizi də şadlandıracaq. Axşam saatları romantik görüşlər üçün o
qədər də əlverişli deyil. Açıq-saçıq geyimli insandan uzaq
durun.
Əqrəb - adət etdiyiniz metodlara, vərdiş etdiyiniz sxemlərə çox
güvənməyin. Vəziyyət spontan, ani həllər tələb edir. Çevik
olun.
Nagahani olayın öhdəsindən gəlmək üçün dostlardan və ya tanışlardan
birinin yardımlarına bel bağlaya bilərsiniz.
Günün ikinci yarısında nikbin olun. Ani çətinliklər sizi ruhdan
salmasın.
Təcrübənizdən və bilgilərinizdən yararlanmaq üçün əla şanslar
yaranıb.
Axşam saatlarında arzulara qapılmayın. Bədxərclik etməyin.
Oxatan - kiçik risk və eksperimentlərdən qorxmayın. Nüfuzunuz,
maddi durumunuz və yaxın perspektivdəki planlarınızı təhlükəyə ata
biləcək addımlardan çəkinin. Yaxşı tanımadığınız insanlara etibar
etməyin.
Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın.
Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər.
Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın.
Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.
Oğlaq - cari hadisələrin axarını izləyin. İşdə və evdəki
hadisələrdə katalizator rolunu oynamayın. Tərəfdaşlarla, şəriklərlə
təmaslarda maraqlarınızı tam qoruyun. Həmfikirlərin sayını
artırsanız, pis olmaz. Yaxın ətrafınızdakı insanlardan birinin
yardımlarına zərurət yaranıb.
Günün ikinci yarısında ünsiyyət çevrənizdəki fiqurlar arasında sizə
qarşı məkrli planları həyata keçirmək istəyənlər var. Romantik
hisslər, gözləntilər və ümidlər sınağa çəkiləcək. Yeni böhranın
yaranmasına imkan verməyin.
Tərəfdaşla münasibətləri təftiş etməyin.
Dolça - yetərincə harmonik gündür. Peşəkar fəaliyyətinizlə bağlı
cari məsələlərin həllində aktiv olun. Yeni işgüzar layihələrə
başlamaq olar. Çalışdığınız kollektivdə diqqətli olun.
Günün ikinci yarısında sərrast davranın, yaxın ətrafınızdakı
insanların mövqelərini nəzərə alın. Komanda ruhunun yaranmasına səy
göstərin.
Dəyər verdiyiniz insanla münasibətlərin sərinləşməsinə imkan
verməyin. Xudpəsəndlik etməyin.
Balıqlar - günün ilk yarısından etibarən komfort situasiya
yaranacaq. Qüvvənizə, potensialınıza şübhə etməyin. Təvazökar olun,
qətiyyətlə davranın. Bütün bu amillər diqqəti əsas məsələyə
yönəltməyə imkan verəcək.
Günün ikinci yarısında məqsədlərlə hədəfləri aktuallaşdırın və
təhlil edin. İntensiv əmək fəaliyyətində zəruri fasilələr
olmalıdır. Bir qədər istirahətə vaxt tapın.
Uzun müddətdən əvvəl məzuniyyətdə olmayıbsınızsa, yaxınlarınızdan
birinin təklifini qəbul edin. Axşam saatlarında normal istirahət
edin.