20 iyun üçün ulduz falı
09:24 / 20.06.2019
20
İyun 2019-cu il, ulduz falı. Əməyinizin qədrini bilin, işləri
yarımçıq qoymayın
Qoç - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə
başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv
insan təsiri bağışlayın. Tənbəllik etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə
yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək.
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.
Buğa - günün ilk yarısında başlanan proseslər sizə sakit dövr vəd
etmir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün yaxşıca
çalışmalı, zəhmət çəkməli olacaqsınız. Nəticə isə gözləntilərinizə
uyğun gəlməyə bilər.
Günün ikinci yarısında yeni layihə və ya təklif istisna deyil.
Mümkün qədər səbrli, təmkinli olun. Şərikin və ya tərəfdaşın
mövqelərini nəzər alın.
Axşam saatlarında qonaqlar gələ bilər. Yaxşı vaxt
keçirəcəksiniz.
Əkizlər - süst və ətalətli olmayın. Maraqlı layihəyə başlamaq
imkanları yaranıb. Təklifləri dərhal qəbul etməyin. Yüz ölçün, bir
biçin. Mümkün variantlar arasında ən sərfəlisini və effektivini
seçin.
Günün ikinci yarısında tələsməyin. Ünsiyyətdə kasadlıq müşahidə
olunmayacaq. Orijinal ideyanı reallaşdıranda emosiyalara
qapılmayın.
Sağlam qidalanın, rasiona fikir verin. Əks təqdirdə əhvalınız
korlana bilər.
Xərçəng - kiçik risk və eksperimentlərdən qorxmayın. Nüfuzunuz,
maddi durumunuz və yaxın perspektivdəki planlarınızı təhlükəyə ata
biləcək addımlardan çəkinin. Yaxşı tanımadığınız insanlara etibar
etməyin.
Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın.
Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər.
Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın.
Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.
Şir - yaxşı imkanlar vəd edən gündür. Sərvaxt davranın, yaranan
şansları dəyərləndirin. Yaşam mövqeləriniz və prioritetlərinizin
əsasını aktivlik təşkil etməlidir. Bir yerdə qalsanız, işlərinizdə
irəliləyişlərə nail ola bilməyəcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Özünüzdən
bədgüman qalmayın. Tənqidə sərt reaksiya verməyin. Bacarıqlarınızı
və imkanlarınızı obyektiv dəyərləndirin.
Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.
Qız - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə
başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz
qala biləcəyiniz itkiləri dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş
etdirin. Rəqibləri üstələmək üçün obyektiv şərtlərdən maksimum
istifadə edin.
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar.
Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq
yarada biləcək suallara zəmin yaratmayın.
Tərəzi - yaşananları dəqiq qiymətləndirin. Kobud səhvlərin
fəsadları çox ağır ola bilər. İllüziyaların əsiri olmayın. Reallığı
yanlış dəyərləndirsəniz, işlərinizdə axsamalar və ləngimələr
olacaq.
Günün ikinci yarısında təriflərə aldanaraq fəaliyyət tempini aşağı
salmayın uğurlar başınızı gicəlləndirməsin. Məqsədləri təftiş edin,
daha yüksək səviyyəyə can atın.
Əqrəb - məqsədə doğru daha fəal hərəkət üçün yaxşı motivasiya var.
Yaxın ətrafınızdakı insanların yardımlarından dəyərlənməyə çalışın.
Zərurət yaranarsa, məsləhətlərə qulaq asın.
Günün ikinci yarısında intizamlı olun. Vaxtınızın qədrini bilin.
Sevdiyiniz insan qayğı və diqqət tələb edir.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan - günün ilk yarısı pozitiv və məhsuldar zaman vəd edir.
Hadisələrin azarına kobud müdaxilə etməyin. Olayların nəzarətdən
çıxmasına imkan verməyin.
Günün ikinci yarısında qayda və normalar çərçivəsindən kənara
çıxmayın. Riski gərəkli saysanız belə, qanun və normaları
tapdalamayın. Yaxın ətrafınızdakı insanlarla münsibətlərdə
mövqelərinizin sərhədlərini dəqiq müəyyənləşdirin.
Axşam saatlarında kimsəyə imkan verməyin ki, sizə kobud təzyiqlər
etsin.
Oğlaq - müsbət emosiyalar, xoş hadisələr vəd edən gündür. Uzun
müddətdən bəri sərf etdiyiniz əməyin bəhrəsini görə biləcəksiniz.
İşinizdə və şəxsi münasibətlərinizdə irəliləməyə çalışın.
Günün ikinci yarısında hər hansı tipdə və ya formada riskdən uzaq
durun. Şübhəli əməliyyatlara, fırıldaqlara qatılmayın.
Axşam saatlarını sevdiyiniz insana sərf edin.
Dolça - rutin işlərdən usanmayın. Bu işləri sizin əvəzinizə kimsə
görəsi deyil. Əməyinizin qədrini bilin, işləri yarımçıq qoymayın.
Fəaliyyətinizdə iradəli olun.
Günün ikinci yarısında emosiyalar burulğanına düşərək qarşınıza
qoyduğunuz məqsədi unutmayın. Başqalarının uğurlarına paxıllıq
etməyin. İrəliləyiş üçün var qüvvə ilə işləyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - maddi məsələlərə xüsusi diqqət yetirin. Ödəniş
qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi əhəmiyyət kəsb
edir. Stabillik axtarışları sizi iş yerini dəyişməyin labüdlüyü ilə
bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera
perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək
olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza
yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.