“İcmal” Analitik İnformasiya proqramı - CANLI
Artıq 3 gündür ki, ölkəmizdə yeni tədris ili başlayıb.
Kvemo-Kartlinin onlarla
kəndində azyaşlılar məktəbəqədər tədris müəssisələri olmadığına
görə tədrisə başlaya bilmədilər. Elə məktəblərin vəziyyəti də ürək
açan deyil. Marneuli bələdiyyəsinin Çanaxçı kənd ictimai məktəbinin
şagirdləri üçün yeni tədris ilində ilk zəng köhnə döşəməli,
sökülmüş divar kağızı və köhnə partaları olan vaqonlarda, Ağkörpüdə
ambulatoriyada, Kirovkada isə qonşu kəndin məktəbində çalınıb.
"İcmal"ın bu dəfəki buraxılışında tədris müəssisələrimizdəki
infrastruktur problemlərindən danışacağıq.