İstintaq xidməti tərəfindən başqasının əmtəə nişanından qanunsuz istifadə faktı aşkar edilib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata

keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində bir nəfəri külli miqdarda başqasının əmtəə nişanından qanunsuz istifadə etmə faktında ittiham ediblər. Məlumatı istintaq xidməti yayıb.

Agentlikdən verilən məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə “TOYOTA” əmtəə nişanından qanunsuz istifadə etməklə, avtomobilin mühərrikləri üçün keyfiyyətsiz şamları
“TOYOTA” markalı karton qutulara qablaşdırıb və sonradan Tbilisidə ona məxsus ticarət obyektində satıb.

“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 611 ədəd qanunsuz olaraq “TOYOTA” əmtəə nişanı ilə nişanlanmış şamlar götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin iki ilədək həbs cəzasını nəzərdə tutan 196-cı maddəsinin birinci hissəsi ilə aparılır”
, - məlumatda deyilir.


Mənbə: Birinci Kanal

 

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Maliyyə Nazirliyi
FaceBook Twitter Google