Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin
“Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil
olan “VOLVO” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin
sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük
nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin
olmadığını bildirib.
Daha sonra kinoloji xidməti it tətbiq edilməklə gömrük
yoxlaması
həyata keçirilib. Bu zaman xidməti itin reaksiyası ilə nəqliyyat
vasitəsində tullantılar qoyulan torbada üzərində yanıq izləri olan
kolba aşkarlanıb.
Bundan sonra sürücünün üzərində şəxsi yoxlama zərurəti
yarandığından yoxlama otağına dəvət olunub və üzərindən ümumi
çəkisi 19 qram narkotik vasitə - tiryək və 4 qram narkotik vasitə -
marixuana aşkar edilib.