Yanvar-sentyabr aylarında Gürcüstana motor yağları və aviasiya kerosinin idxalı artıb
"Yanvar-sentyabr aylarında Gürcüstana motor yağları və aviasiya kerosinin idxalı artıb", - Neft Məhsulları İdxalçıları İttifaqı bildirir.

“2022-ci ilin yanvar-sentyabr ayları ərzində sürtkü yağlarının idxalı 15,94 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (13,92 min ton) 2,02 min ton və ya 14,5% çoxdur.

Bu ilin yanvar-sentyabr ayları ərzində ən böyük həcmdə sürtkü yağları Türkiyədən idxal edilib - 3,04 min ton, bu da bütün idxalın 19,1%-ni təşkil edir. Sonrakı yerlər: İran - 2,89 min ton (18,1%); Rusiya - 1,85 min ton (11,6%); Almaniya - 1,68 min ton (10,5%) və s.

2022-ci ilin yanvar-sentyabr aylarında aviasiya neftinin idxalı 94,7 min ton təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrünün göstəricisindən (64,1 min ton) 30,6 min ton və ya 47,7% çoxdur.

Bunlardan cari ilin yanvar-sentyabr aylarında aviasiya nefti idxalının 59,6 faizi (56,4 min ton) Türkmənistandan, 18,8 faizi (17,8 min ton) Türkiyədən, 13,8 faizi (13,1 min ton) - Yunanıstandan, 5,1% (4,8 min ton) Misirdən, 2,7% (2,6 min ton) Azərbaycandan gətirilib”,
- İdxalçılar İttifaqının məlumatında deyilir.

Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan İqtisadiyyat
FaceBook Twitter Google