"Yanvar-sentyabr aylarında Gürcüstana motor yağları və
aviasiya kerosinin idxalı artıb",
- Neft Məhsulları İdxalçıları İttifaqı bildirir.
“2022-ci ilin yanvar-sentyabr ayları ərzində sürtkü
yağlarının idxalı 15,94 min ton təşkil edib ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə (13,92 min ton) 2,02 min ton və ya
14,5% çoxdur.
Bu ilin yanvar-sentyabr ayları ərzində ən böyük həcmdə sürtkü
yağları Türkiyədən idxal edilib - 3,04 min ton, bu da bütün idxalın
19,1%-ni təşkil edir. Sonrakı yerlər: İran - 2,89 min ton (18,1%);
Rusiya - 1,85 min ton (11,6%); Almaniya - 1,68 min ton (10,5%) və
s.
2022-ci ilin yanvar-sentyabr aylarında aviasiya neftinin idxalı
94,7 min ton təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrünün
göstəricisindən (64,1 min ton) 30,6 min ton və ya 47,7% çoxdur.
Bunlardan cari ilin yanvar-sentyabr aylarında aviasiya nefti
idxalının 59,6 faizi (56,4 min ton) Türkmənistandan, 18,8 faizi
(17,8 min ton) Türkiyədən, 13,8 faizi (13,1 min ton) -
Yunanıstandan, 5,1% (4,8 min ton) Misirdən, 2,7% (2,6 min ton)
Azərbaycandan gətirilib”, - İdxalçılar İttifaqının
məlumatında deyilir.