Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb.

Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyindən bildirilib.

Bildirilib ki, Gürcüstanın ev sahibliyi etdiyi təlimlərin açılış mərasimi oktyabrın 10-da Muxrovanidə baş tutub.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.

Xatırladaq ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Gürcüstanda səfərdə olub. O, Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparııb.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google