Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub – Azərbaycan MN
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub. Bu barədə məlumatı Azərbaycan Müdafə Nazirliyi yayıb.

"Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə
fasilələrlə atəşə tutub",
– məlumatda deyir.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Ermənistan Silah
FaceBook Twitter Google