Gürcüstan parlamentinin komitə sədri Azərbaycana səfər edib
Gürcüstan parlamentinin Mədəniyyət komitəsinin sədri, tanınmış musiqiçi Eliso Bolkvadze Azərbaycana səfər edib.

E. Bolkvadze səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu
Nağıyevlə görüşəcək.

E. Bolkvadzenin eyni zamanda, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov, Bakı Musiqi Akademiyasının direktoru Fərhad Bədəlbəyli, Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədovla görüşü planlaşdırılıb.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan Parlament
FaceBook Twitter Google