Gürcüstan Azərbaycandan 490,2 min dollar dəyərində şokolad idxal edib
Bu il Gürcüstanda şokolad idxalı pandemiyadan əvvəlki səviyyəni ötüb.

Cari ilin yanvar-avqust ayları ərzində Gürcüstan ümumilikdə 36,2 milyon dollar dəyərində şokolad idxal edib. Ötən ilin analoji dövrünə bu göstərici 28,6 milyon dollar, 2020-ci ildə isə 23,4 milyon dollar təşkil edib.

Bu il Gürcüstanın ən çox şokolad idxal etdiyi ölkələr Rusiya (16,078 milyon dollar), Türkiyə (7,025
milyon dollar) və Ukrayna (4,382 milyon dollar) olub. Azərbaycan Gürcüstanın ən çox şokolad idxal etdiyi ölkələrin ilk onluğunda, lakin sonuncu pillədə yer tutub.

Belə ki, bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 490,2 min dollar dəyərində şokolad idxal edib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan Şokalad
FaceBook Twitter Google