Məktəb şagirdləri və müəllimlər üçün kiçik qrant proqramı
USAİD-in mülki təhsil proqramı şagirdlər, müəllimlər və məktəb rəhbərliyinin təşəbbüslərini dəstəkləmək məqsədilə kiçik qrant müsabiqəsi elan edib. Müsabiqənin məqsədi mülki təhsil dərsində əldə olunmuş biliyin təcrübədə istifadə edilməsinə dəstək göstərməkdir.

Kiçik qrantlar müsabiqəsində yalnız USAİD-in mülki təhsil proqramına tərəfdaş olan məktəblərin 7-ci sinifdən 12-ci sinfə qədər şagirdləri, pedaqoqları və məktəb rəhbərliyi nümayəndələri qoşula bilər.

Maraqlanan şəxslər öz
regionlarında kiçik qrantlar üçün müraciətlərin hazırlanması ilə bağlı məsləhət ala bilərlər. Proqramın regional tərəfdaşı olan təşkilatların siyahısı və əlaqə məlumatları, eləcə də qrant müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün linkə daxil olun: https://bit.ly/3CXFOc1

Layihələrin qəbulu 13 noyabra qədər davam edəcək.
Print ელ. ფოსტა
თეგები: Məktəb təhsili proqramı USAID
FaceBook Twitter Google