Tbilisidə topu götürmək üçün fəvvarəyə düşən uşaqları elektrik cərəyanı vurub
Vake parkında fəvvarəyə düşən uşaqları elektrik cərəyanı vurub.

Bu barədə “Rustavi2” məlumat yayıb. Hadisə 1 saat əvvəl baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, uşaqlar fəvvarəyə düşən topu götürmək istəyiblər.

Şahidlərinin sözlərinə görə, fəvvarəyə əvvəlcə bir uşaq, daha sonra isə iki sinif yoldaşı daxil olub. Onların hər üçü təcili tibbi yardım briqadası tərəfindən tibb
müəssisəsinə aparılıb.

Həkimlərin sözlərinə görə, Vake ​​park fəvvarəsində elektrik cərəyanı vuran uşaqların vəziyyəti ağırdır.

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən Mülki Məcəllənin 240-cı maddəsinin 1-ci hissəsi ilə obyektdə təhlükəsizlik qaydalarını pozma, sağlamlığa az və ya ağır zərər vurulması ilə bağlı araşdırmalara başlanılıb.
Print ელ. ფოსტა
თეგები: həkim Tbilisi Uşaqlar Vake parkı
FaceBook Twitter Google