Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və
hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin erməni tərəfi boyunca
40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar
qəbul edib,
oktyabrın 17-də Avropa İttifaqı Şurasının məlumatında deyilir.
Bu qərar oktyabrın 6-da prezident Əliyev, baş nazir Paşinyan,
prezident Makron və prezident Mişel arasında dördtərəfli görüşdən
sonra qəbul edilib. Məqsəd bölgədə sülhün
və təhlükəsizliyin
bərpasına, etimadın möhkəmləndirilməsinə və iki dövlət arasında
beynəlxalq sərhədin delimitasiyasına kömək etməkdir, məlumatda
deyilir.
“Ermənistanın Azərbaycanla beynəlxalq sərhədinə 40-dək
Avropa İttifaqı müşahidəçisinin göndərilməsi etimadın
möhkəmləndirilməsinə, həyatı təhdid edən və münaqişənin həlli
prosesini təhlükə altına alan vəziyyətin sabitləşməsinə yönəlib.
Bu, Avropa İttifaqının Cənubi Qafqazda davamlı sülhün əldə
olunmasına tam sadiqliyinə bir daha sübutdur”, -
xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep
Borrel bildirib.
Avropa İttifaqı müşahidəçilərinin çevik yerləşdirilməsini təmin
etmək üçün onların müvəqqəti olaraq Avropa İttifaqının
Gürcüstandakı müşahidəçilər missiyasının tərkibindən göndərilməsi
qərara alınıb,
Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və iki aydan çox
sürməyəcək, sənəddə deyilir.
Mənbə: turan.az