Batumidə qətl hadisəsi ilə bağlı aparılan istintaq çərçivəsində 4 nəfər saxlanılıb
Batumidə bulvarın mərkəzi girişi yaxınlığındakı restoranlardan birində baş verən qətl hadisəsi ilə bağlı 4 nəfər saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu və Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddələri ilə istintaq başlayıb.

Hadisə ötən gecə bulvarın mərkəzi girişi yaxınlığındakı restoranlardan birində baş verib. Məlumata görə, binada olan bir nəfər avtomobildən güllələnib.Yaralı gənc dünyasını dəyişib. Atışma zamanı şüşələr sındırılıb, nəticədə daha 3 nəfər xəsarət alıb, onlar tezliklə klinikalardan evə buraxılıblar.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google